Bağışla
Gülnar Yayınları
Ağlar gözlüm baxışların qəm dolu Dərdin nəydi bilənmədim bağışla Ömrüm boyu həsrətinə can dedim Bir dərdini bölənmədim bağışla Hə can dedi nə haqqımı haqladı Nə öldürdü nə yaramı bağladı Göylər mənim gözlərimə ağladı Göz yaşını silənmədim bağışla Həm solumda həm sağımda gülüşlər Dağ dağ oldu qəm dağımda gülüşlər Çilikləndi dodağımda gülüşlər Gül üzünə gülənmədim bağışla Ocaq çatdım kül yeridi üstümdən Oba köçdü el yeridi üstümdən Tufan qopdu sel yeridi üstümdən Harayına gələnmədim bağışla Bax səsimi laylalara köçürdüm Haqq səsini laylalara köçürdüm Nəfəsimi laylalara köçürdüm Torpağına bələnmədim bağışla Döndü könlüm qəm qusuna dolandım Torpağına mən daşına dolandım Həsrətinin mən başına dolandım Ayağında ölənmədim bağışla Nə qaranlıg bir ömüre yan dedim Sökülsəydi göy üzündə dan dedim Ömrüm boyu həsrətinə can dedim Bir dərdini bölənmədim bağışla