Mahmud Şəbüstəri Və Səadətnamə
Post Yayınevi
Çünki onda tam səadəti gördüm adını da Nameyi Səadət Səadət kitabı qoydum Ey bu kitaba nəzər salan məni bir dua ilə yad et Mahmud Şəbüstəri Şəbüstərinin Səadətnamə si Gülşəni raz kimi tanınmamasına baxmayaraq poetik bir şah əsərdir Əsər ilk dəfə 1986 cı ildə Səməd Müvəhid tərəfindən tənqid mətni nəşr olunana qədər yalnız əlyazma şəklində mövcud idi Günümüzdəki ədəbiyyat tarixçiləri və tənqidçilər onun əhəmiyyətini nəzərdən qaçırmışlar Leonard Lewisohn Kitabda bəhs olunan XIII XIV əsrlər Azərbaycanda təsəvvüfi fikir tarixi Şəbüstərinin elmi tərcümeyi halı Səadətnamə əsərinin əlyazma nüsxələri əsərin bölmələri əsərin sufi terminologiyası və rəmzlərin kəlam və irfan yönündən təhlili öz araşdırılmasını gözləyən Səadətnamə yə işıq salınaraq oxucusuna təqdim olunur Kitabın müəllifi filologiya üzrə fəlsəfə doktoru Samirə Məmmədova Şəbüstərinin Səadətnamə məsnəvisini farsca əslindən Azərbaycan dilinə tərcümə etmişdir